Avtovağzal zülmət içində... – İşıqlar niyə yanmır? +FOTOLAR

Bakı Beynəlxalq Avtovağzal Kompleksi qaranlığa qərq olub. Məcazi mənada deyil, həqiqətən də zülmət içindədir. Sumqayıt avtobuslarının və şəhər daxili fəaliyyət göstərən “BakuBus”ların, marşrutların dayandığı ərazidə küçə lampaları işləmir.
“Sherg.az”ın əməkdaşı yanvar ayının 25-i, axşam saat 7 radələrində sözügedən məkanda olub. Havanın qaralmasına rəğmən işıqlandırma sistemi işə düşməyib.
Görünür, hansısa bir problem mövcuddur. Bəs niyə həll olunmur? İşdən evə qayıdan insanlar qaranlıqda yolunu necə görüb, avtobusu nə cür tapsınlar? Yaxşı ki, avtobusların işıqları və smartfon telefonların fənəri var. Yoxsa nə edərdik?!...