Türkiyə ilə saziş: “Jurnalistika biznes platformasına keçir”

Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanunu təsdiqləyib. “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında media sahəsində strateji əməkdaşlıq haqqında” imzalanmış Anlaşma Memorandumu təsdiq edilib. Beləliklə, iki qardaş ölkə arasındakı əməkdaşlıq bir az da genişlənir. Əlbəttə, bu, iki tərəf üçün əlamətdar hadisədir.


 “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli “Sherg.az”a açıqlamasında sözügedən sənədin əhəmiyyətini yüksək qiymətləndirib:

 “44 günlük müharibə dövründə Türkiyə mediası Azərbaycanın informasiya siyasətinə ciddi dəstək verdi. Və bu, qələbəmizə töhfə idi. Düşünürəm ki, qardaş ölkə mediasından öyrənəsi çox şeyimiz var.

Bunlardan ən başlıcası isə jurnalistikanın biznes platformasına keçməsidir. Əməkdaşlığımızın genişlənməsi ölkə mediasının inkişafına ciddi töhfə verəcək.

Həmçinin vahid media platformasının meydana çıxması üçün şərait yaranacaq və bu, bizi daha da güclü edəcək. Eyni zamanda türk dövlətlərinin əməkdaşlıq şurasının fəaliyyətinin genişlənməsinə, türk dövlətlərinin vahid strategiya ilə hərəkət etməsinə zəmin yaranacaq.

Lakin sədəcə sənədin imzalanması ilə kifayətlənmək olmaz. Ciddi addımlar atılmalıdır. Reklam bazarı formalaşmalı, iqtisadiyyat liberallaşmalıdır”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu