Xankəndi yürüşü: Ermənilər  öz addımları ilə absurd iddialarını əsassız elan etdilər

1923-cü il 20 fevral günü Dağlıq Qarabağ Muxtar Vilayəti Ermənistan SSR-yə birləşmə haqqında qərar qəbul edəndən sonra, separatçılar hər il bu tarixi dirçəliş günü kimi yürüşlə qeyd edirlər. Dünən Xankəndindəki ermənilər 33-cü ildönümü qeyd ediblər.

Amma 33 ildə ilk dəfədir ki, yürüş şənliklə deyil, matəm mərasimi kimi müharibədə ölənlərin qəbirlərini ziyarətlə, xatirə kompleksinin qarşısına gül qoymaqla bitib. Yürüşdə bir kilometrədək erməni bayrağını əllərində küçə boyu daşıyan gənclər, separatçı rejimin Araik Arutunyan, Viktor Balasanyan kimi cinayətkar rəhbərləri və din xadimləri sükutla yürüş ediblər. Yürüşdə Rusiya nümayəndələri də iştirak edib. 

Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib ki, əslində ermənilər bu cür yürüşlərlə bir neçə absurd iddianı əsassız elan etmiş olurlar:

20 fevral 1988-ci ildə DQMV Soveti Azərbaycandan ayrılıb Ermənistana birləşməklə bağlı məslə qaldırmışdı. Ermənilər dünən Xankəndində bu hadisənin ildönümü ilə bağlı yürüyüş keçirərək əslində özlərinin 2 əsas tezislərini çürütmüş oldular. Birincisi, Putinin də tez-tez iddia etdiyi kimi guya hadisələrin 28-29 fevral 1988-ci ildə Sumqayıtda başladığı tezisini çürütdülər. Çünki, ayrılmaqla bağlı rəsmi təşəbbüs Sumqayıt hadisələrindən öncə olmuşdu. İkincisi isə guya məsələnin Ermənistanın genişlənməsi deyil, "Qarabağ ermənilərinin müstəqillik mübarizəsi olması" tezisi də qüvvədən düşmüş oldu. Çünki, bütün proses boyunca Ermənistanın məqsədi "Qarabağ ermənilərini hansısa müstəqillik iddiası" deyil, Azərbaycan ərazilərini işğal edərək genişlənmək olmuşdu. Dünən ildönümünü qeyd etdikləri qərar da məhz bu istiqamətdə idi".

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
İsmayıl Qocayev Yazarın yazıları
menu
menu