Sterlinq  2-ci dəqiqədə qol vurdu, “Mançester Siti” qazandı

İngiltərə Futbol Çempionatının 25-ci turunda “Mançester Siti” səfərdə “Arsenal”ı (1-0) məğlub edib.

AZƏRTAC xəbər verir ki, oyunda yeganə qolu 2-ci dəqiqədə Rahim Sterlinq vurub.

Beləliklə, "Mançester Siti" müxtəlif turnirlərdə ardıcıl 18 qələbə qazanıb. Həmçinin "Mançester Siti" məğlubiyyətsiz seriyasını 25 oyuna qədər uzadıb. Turnir cədvəlində komanda 59 xal qazanaraq liderliyini davam etdirir, o ikinci yerdə olan "Lester" komandasını 10 xal qabaqlayır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu