Saxta ətirləri necə fərqləndirək? – İlginc detallar 

Professor-həkim Oğuz Özyaral saxta ətirlərin zərərləri və diqqət edilməsi lazım olan məqamları açıqlayıb.
“Sherg.az” “Huriyyet.com.tr” saytına istinadən bildirir ki, həkim saxta ətirlərin dəri xərçənginə səbəb olduğunu və tənəffüs yollarında problem yaratdığını vurğulayıb.

Professor saxta ətirlər haqqında 2 məqama diqqət çəkib:

“Bunlardan biri lisenziyasız istehsal üçün verginin ödənməməsidir. Belə ətirlərin iqtisadiyyata və cəmiyyətə hər cür ziyanı var. Digər məqam-almaq istədiyimiz məhsul etibarlı və keyfiyyətlidirsə, barkod və ya QR kodunu telefonla yoxladıqda sistemdəki spesifik məlumatlar çıxır. Belə olan halda həmin məhsulu asanlıqla ala bilərik.

Ətirləri haradan almamalı olduğumuza gəlincə, bənzər bir qablaşdırma içərisinə qoyulmuş, lakin etiket qiyməti olduqca yüksək olan bir məhsulu heç vaxt və heç vaxt almayın. Bu zaman sizə qiymətin onda birini təklif edirlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu