İran XİN: “...Nüvə sazişi danışıqlarında olmayacaq”

“ABŞ İrana qarşı sanksiyaları ləğv edənə qədər nüvə sazişi iştirakçılarının danışıqlarında iştirak etmək hüququ yoxdur”.
TASS-ın məlumatına görə, bu sözləri İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadə deyib.
“Hazırda ABŞ nüvə sazişinin iştirakçısı deyil ki, Birgə Hərtərəfli Fəaliyyət Planı üzrə iclaslarda iştirak etsin”, - deyə S.Xətibzadə bildirib.
Diplomat qeyd edib ki, ABŞ Tehrana qarşı sanksiyaları aradan qaldırmayacağı halda, nüvə sazişi üzrə danışıqlarda iştirak edə bilməyəcək.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu