Ermənistanın başına kim gəlir? - “Rusiyanın siyasi fiquru...”

Xəbər verdiyimiz kimi, fevralın 20-də Ermənistanda etiraz aksiyası keçirilib. İştirakçılar hazırkı baş nazir Nikol Paşinyanı istefaya çağırıblar. Əslində belə narazılıqlar çoxdan var. Müxalifət, o cümlədən “Qarabağ klanı” da getdikcə fəallaşır. Paşinyan isə “taxt”ından iki əlli yapışıb. Əslində onun da tərəfdarlarının kifayət qədər  olduğunu etiraf etməliyik. Elə isə xaotik situasiya nə vaxtadək çəkəcək? Paşinyan üçün “tamam, ya davam?” dilemması nə vaxt müəyyənləşəcək?



Bakı Politoloqlar klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov Ermənistandakı daxili vəziyyəti “Sherg.az”a şərh etdi: 

“Müxalifətin Paşinyanı devirmək istədiyi məlumdur. Köçəryan və Sarkisyanın hakimiyyətə gələ biləcəklərinə inanmıram. Amma bu o demək deyil ki, indiki idarəetmə sistemi davamlı olacaq.

Yay ayına doğru növbədənkənar seçkilər keçirilə bilər. Və həmin seçkilərdə cəmiyyətdə yeni siyasi fiqur kimi qəbul edilən, Rusiyanın dəstəklədiyi, eyni zamanda Qərbə inkişafa maraqlı olan şəxs qalib gələcək.

Cəmiyyətin qarşısındakı əsas vəzifə həmin siyasətçini tapmaqdır. Beynəlxalq təşkilatların keçirdiyi sorğuya görə Paşinyan ilk beşlikdədir, hazırkı müxalif qüvvələrin isə siyahıda adı yoxdur.

Deməli, Ermənistan bütövlükdə Kremlin forpostu olmaq niyyətində deyil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu