İtaliya bələdiyyəsindən məkrli addım: Qondarma rejimə dəstək...

İtaliyanın Verona bələdiyyəsi yekdilliklə qondarma rejimin əhalisinə həmrəyliyini bildirib. Bələdiyyə başçısı Alberto Zelger İtalyanın müvafiq strukturlarından qondarma rejimin “müstəqilliyini” rəsmən tanımağa çağırıb.

A.Zelger ötən aylarda Dağlıq Qarabağın dinc əhalisinin Azərbaycan silahlı qüvvələri və türk ordu tərəfindən “təzyiqə” məruz qaldığını deyib:
“Erməni xalqı öz müqəddəratını təyinetmə hüququnu yerinə yetirməlidir. Artıq bunun vaxtı gəlib”.

Verona bələdiyyəsinin digər üzvü Vito Comencini də qondarma rejimə dəstəyini ifadə edib. O, vurğulayıb ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın siyasəti bölgədə sabitliyi pozan ciddi bir amil halına gəlib.

Comencini “erməni soyqırımı”ndan bir əsr sonra erməni xalqına qarşı “yeni zorakılıq” edildiyini qeyd edib. Bələdiyyə üzvü bu “şiddəti” qınamağa çağırıb.
Bəldiyyə üzvləri arasında müvafiq imzalar toplanıb. Bələdiyyə həmçinin Veneto məktəbləri ilə birlikdə erməni xalqının başına gələn hadisələrin hərtərəfli və təfərrüatlı öyrənilməsinə imkan yaradan proqramların tətbiq olunmasını tövsiyə edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu