Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı... 

Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, Azərbaycanın təhsil naziri Emin Əmrullayev Türkiyədə 23 min civarında azərbaycanlı tələbənin təhsil aldığını bildirib.
Nazirin sözlərinə görə, azərbaycanlı tələbələrin təhsil aldığı xarici ölkələr arasında Türkiyə ilk yerdədir.
E. Əmrullayev qeyd edib ki, Ankarada fevralın 19-da Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında imzalanan peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol azərbaycanlı tələbələrin iş sektoruna daha yaxşı hazırlaşmaları baxımından faydalı olacaq.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu