Minalı sahələrin xəritəsi niyə verilmir? – ““Əsirləri” istəyirlər - Güzəşt olmaz ! 

2020-ci il noyabrın 10-da İkinci Qarabağ müharibəsi Azərbaycanın qələbəsi ilə yekunlaşdı. Üçtərəfli bəyanatın imzalanması ilə Ermənistanın məğlubiyyəti rəsmi olaraq təsdiqini tapdı. Ölkəmizin qarşısında böyük işlər durur. Hərb meydanında qələbə qazansaq da, siyasi masada, beynəlxalq tribunada mübarizəmiz davam edir.
Dövlətimizin görəcəyi ən önəmli işlərdən biri azad edilən ərazilərimizdə müvafiq tədbirlərin görülməsidir. Məsələn, minalı sahələrin təmizlənməsi, quruculuq və abadlıq işlərinin həyata keçirilməsi və.s.

Amma qarşı tərəf hər zaman olduğu kimi mövcud prosesləri ləngitmək üçün əlindən gələni edir. Azərbaycan minalı sahələrin xəritəsini tələb etsə də, Ermənistan bu tələblərə cavab vermir.



Mövcud durumu “Sherg.az”a şərh edən politoloq Əhəd Məmmədli bildirib ki, Azərbaycanın tələblərinə baxmayaraq, Ermənistan minalı sahələrin xəritəsini vermir. Onun sözlərinə görə, ölkəmiz bu məsələdə beynəlxalq təşkilatlara müraciət edə bilər:

“Məlum sahədə təcrübəsi olan dövlətlərin təcrübəsindən istifadə edə bilərik. Türkiyə də Qarabağ və ətraf rayonların minalardan təmizlənməsi üçün öz mütəxəssislərini Azərbayaycana göndərib. Azərbaycan Ermənistanın cavabını başqa sahələrdə də verə bilər.

Bunun üçün  Rusiyanın da dəstəyini almağımız mümkündür. Rusiya təzyiq edə bilər ki, Azərbaycan xəritələri ermənilərdən ala bilsin.

Lakin Ermənistan minalı sahələrin xəritəsini verməkdən boyun qaçırmaqla Azərbaycandan bəzi məsələlər üçün güzəşt istəyir. Məsələn, “əsirlər”in qaytarılmasına çalışır. Bu mövzu onlar üçün çox önəmlidir. Ümid edirəm  ki, Azərbaycan minalı sahələrə görə erməni “əsirlər”inə güzəştə getməyəcək.

Onsuz da texnologiya çox inkişaf edib. Problem Ermənistansız da həll edilə bilər. Artıq bu yöndə Türkiyə və İngiltərə ölkəmizə köməkliklərini göstərməyə başlayıblar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Yeganə Bayramova Yazarın yazıları
menu
menu