Demet Akalın: “Okanla ayrı otaqlarda qalırdıq, yenə də...”

Müğənni Demet Akalın və eks - həyat yoldaşı Okan Kurt koronavirusdan sağalıblar. Çətin günlərdən keçən məşhur, xəstəlik müddəti haqqında canlı yayında danışıb. D.Akalın dostumu, düşmənimi yaxşı tanıdım deyərək izləyicilərə tövsiyyələrini çatdırıb.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, müğənni infeksiyaya yoluxduqları zaman  izolyasiya olunub. Çətin günlərində dostluq münasibətlərini dəyərləndirən sənətçi iddialı açıqlamalar verib:

“Okan, Uludağda balaca otaqda maskasız oyun oynayırdı. Dedi ki, “ Burda yoluxmasam, başqa yerdə yoluxmaram”. Mən isə xizəklə sürüşəndə belə maska taxırdım. Tamamilə bəxtsizlikdir deyə düşünürəm. Okanın oyun oynadığı yerdəkilər, bir həftə sonra zəng edib, xəstəxanadayıq dedilər. Eşidəndə əsəblərim korlandı, bu çox böyük vicdan yüküdür. Peyvənd olunmadığım üçün də özümə qəzəblənirəm.

Okan idmançı olmasına baxmayaraq, xəstəliyi ağır keçirdi. Zatən onun testinin nəticəsinin pozitiv olduğunu öyrənəndə özümü hazırlamışdım, dərhal C vitamini qəbul etməyə başladım. Bəlkə də, ona görə yüngül keçirdim.

“Mənə Uludağa getməsəydin” deyə bilərsiniz, hətta istədiyinizi yazın, amma bu virus mütləq sizi tapır. Biz zatən Okanla ayrı otaqlarda qalırdıq, o zaman qızımızın istəyi ilə birgə idik. 

Dəstək olanlar çox idi. Lakin “işini dayandırırsan eləmi?” deyə mesajlar atıldı.  İrəm Dərici və Tarkan kimi bir çox dostum zəng elədi. İrəm sayəsində hər gün “Kəllə-paça” şorbası içdim.

Orxan Gəncəbay və həyat yoldaşı Sevim Əmrə mənə bitki dərmanları göndərdilər. Kürəyimdə bir ağrı vardı, sanki kəlbətinlə bütün hüceyrələrimi çəkirdilər.

Elə bir ağrı hiss etdim. Karantində qidalanmaya diqqət edirdim və çox su içdiyim üçün arıqladım. İndilərdə dad və qoxu bilməni itirmişəm.
Bütün xəstələrə şəfalar diləyirəm”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu