Şöbə müdirinin müavini işdən çıxıb

Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə vəzifəsindən ayrılıb.
APA-nın məlumatına görə, bu barədə M. Camalzadə özü bildirib. O qeyd edib ki, bu gündən Nazirlikdə fəaliyyətini yekunlaşdırır.
Uzun müddətdir, fəaliyyət sahəsini dəyişmək barədə düşündüyünü bildirən M. Camalzadə pandemiya dövründə ətraflı götür-qoy etdikdən sonra artıq Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini və İnsan resursları mərkəzinin müdiri vəzifələrində missiyasını başa vurduğu qənaətinə gəldiyini vurğulayıb. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu