Burası dünyanın damı sayılır

Everest alpinist cəsədləri ilə doludur

Çünki onları zirvədən endirmək Nepal üçün baha başa gəlir


Dünyanın damı kimi tanınan və Asiya ölkəsi olan Nepal özünəməxsus mədəniyyəti, çətin yaşayış şərtləri və əlbəttə, dağları ilə dünya ictimaiyyətinin diqqətini  çəkir. 
"Şərq" xarici mediaya istinadən xəbər verir ki, bu kiçik Asiya ölkəsini əhatə edən və dünyanın ən yüksək tituluna sahib olan Himalay dağlarından biri olan Everest isə ölkənin əsas simvoludur. Asiyada Hindistan və Çin kimi iki nəhəng ölkə arasında qalan Nepala dünyanın damı deyilir. Himalay dağları ilə əhatə olunmuş Nepal dəniz səviyyəsindən minlərlə metr yüksəklikdədir.

Alpinistlərin sevimli marşrutu olan bu kiçik ölkə monastırları və məbədləri ilə də məşhurdur. Nepal coğrafi şərtlərinə görə yaxın vaxtlara qədər xarici dünya ilə zəif əlaqələrdə olub. 8848 metr yüksəklikdəki Everestə ev sahibliyi edən Nepal federal bir respublikadır. Ölkənin rəsmi dili də Sanskrit dilidir. Nepal haqqında ilk mənbələr eramızın IV əsrinə aiddir. Bölgədə müxtəlif Hindistan bəyliklərinin qurulması ilə Nepal tarixi qeydlərə daxil edilməyə başlanılıb və sonrakı dövrdə daimi yaşayış yerlərinə ev sahibliyi edib. Gurkaların 1769-cu ildə Katmandunu ələ keçirməsindən sonra bölgə Nepal kimi tanınmağa başlayıb. Gurka dövrü ümumiyyətlə Nepal üçün, xüsusən Katmanduda ən möhtəşəm dövr idi. Bu dövrdə tikilən tikililər bugünkü günədək bütün şöhrətlərini əks etdirir. 1816-cı ilə qədər iki il boyunca bölgədə hökmranlıq etmək istəyən ingilis müstəmləkə qüvvələri ilə vuruşan Gurkalar bu mübarizə nəticəsində Nepalı işğaldan qorusalar da böyük güclərini itirdilər. 19-cu əsrin ortalarında başlayaraq bölgənin bölünməsi və zəif rəhbərlik düz 1951-ci ilə qədər davam etdi.

Nepal bu tarixdən bəri siyasi birliyini bərpa edə bilsə də, ideoloji vətəndaş müharibəsi  yenidən uzun illər davam edəcək bir qarışıqlıq dövrünə qapı açır. 1996-cı ildə şiddətlənən vətəndaş müharibəsi zamanı paytaxt Katmandu bir müddət mühasirədə qalmış və beynəlxalq sülhməramlı qüvvələrin gəlişi ilə bu vəziyyət nisbətən nəzarət altına alınmışdı. Bu dövrə qədər krallıq tərəfindən idarə olunan Nepal 2008-ci ildə alınan qərarla federal bir respublikaya çevrilib.

Təxminən 28 milyon əhalisi olan ölkənin paytaxtı və ən böyük şəhəri olan Katmandu bütün məsələlərdə Nepalın mərkəzidir. Ərazisi  147516 kvadrat kilometdir. Dünyanın ən hündür on dağının səkkizinin yerləşdiyi Nepal dünyanın hər yerindən alpinistləri qəbul edir. Bunlardan ən məşhuru şübhəsiz Everest dağıdır. 1953-cü ildə Edmund Hillari-nin ilk dəfə zirvəsinə qalxmağı bacardığı Everest  təəssüf ki, bir çox alpinist üçün məzar olub.

Ölkədəki dağlar bir çox alpinistin cəsədləri ilə doludur, çünki alpinistlərin cəsədlərini zirvədən endirmək Nepal üçün baha başa gəlir. Məsələn, 2018-ci ildə dırmaşan bir qrup alpinist 75 ildən sonra zirvəyə qalxarkən donaraq ölən bir alpinistin cansız bədənini aşkarlayıblar.

Bir çox Hollivud filminin mövzusu olan bu dağ alpinist hekayələri dünyada da böyük maraqla qarşılanır. Nepalın Cənubi Kol bölgəsi Everest dağına çıxmanın ən asan yoludur. Ancaq bu dırmaşma üçün əlbəttə bir mütəxəssis olmalısan.

Bölgədəki bir çox dağ, xüsusən Everest dəniz səviyyəsindən o qədər yüksəkdir ki, bir nöqtədən sonra oksigen səviyyəsi tamamilə azalmağa başlayır.

Bu səbəbdən də dırmaşma zamanı oksigen silindrindən istifadə etmək vacibdir.  Himalay dağlarının ətəklərində yerləşən Katmandu isə  təxminən 3000 illik tarixə malikdir. Bir milyon yarım insanın yaşadığı paytaxt Katmandu da ölkənin ən əhəmiyyətli beynəlxalq hava limanına ev sahibliyi edir.

Onlarla fərqli etnik qrupun yaşadığı ölkədə bu qrupların çoxunun dilləri rəsmi dil statusuna malikdir. Ölkədə təxminən 80 faizi hindu əhalisidir. Bir çoxu Gurka dövründə tikilən möhtəşəm məbədlər və monastırlar həm də ölkəyə gələn turistlərin diqqət mərkəzindədir.

Katmandu küçələrində dindar hindularla qarşılaşmaq mümkündür. Yerli insanlar, daha sonra bu inamı qəbul edən Qərb ölkələrindən olanlar, Katmandu küçələrində yaşayırlar.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu