Koronavirus 2022-ci ilin əvvəllərində sona çatacaq

Bu il isə insanlar daha təmkinli davranıb onu idarə edə biləcəklər

Ümumdünya Səhiyyə Təşkilatının Avropa üzrə direktoru Hans Kluge koronavirus pandemiyasının nə vaxt bitəcəyi ilə bağlı öz proqnozunu açıqlayıb. Onun sözlərinə görə, 2021-ci il də Covid-19 ili olacaq. 

Kluge vurğulayıb ki, bu il insanlar 2020-ə nisbətən virusa qarşı daha təmkinli davranaraq, onu idarə edə biləcək. Ən pis senarinin geridə qaldığını deyən H.Kluge qeyd edib ki, ötən il virusa qarşı əlimizdə çox az məlumat olsa da, hazırkı vəziyyət tamamilə fərqlidir. 

Onun sözlərinə görə, koronavirus infeksiyası 2022-ci ilin əvvəllərində sona çatacaq. Nikbin mesajın ardından "Bu virus olmağa davam edəcək, amma məhdudiyyətlərə ehtiyac olacağını düşünmürəm" deyə əlavə edib.

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu