Vahid Ələkbərovun oğlunun “LUKoyl” şirkətinə heç bir aidiyyəti yoxdur

Amma Yusifin varidatı 18 milyard dollar dəyərindədir


Vahid Ələkbərov varidatını oğluna şərtlə vəsiyyət edib


Rusiya mediası bu ölkənin əsas neft maqnatı və “LUKoyl” şirkətinin əsas payçısı Vahid Ələkbərovun oğlu Yusifin həyat tərzi barədə yazıb. Yusif Ələkbərov 1990-cı ildə anadan olub. Oğlun atanın şirkətinə heç bir aidiyyəti yoxdur.
O, şəxsi biznesini inkişaf etdirir – “Plan” enerji içkisinin istehsalı ilə məşğuldur. Bundan əlavə reklam işləri həyata keçirən “Rəqəmsal texnologiya” ASC ona məxsusdur. V.Ələkbərovun oğlunun varidatı 18 milyard dollar dəyərindədir. Atası oğluna “LUKoyl” şirkətinin nəzarət paketi səhmlərini vəsiyyət edib, bir şərtlə ki, o, bu səhmləri heç vaxt satmayacaq və başqa səhmdarlarla bölüşməyəcək. Yusif Ələkbərov atasının müdhiş gəlirlərinə baxmayaraq bir neçə il “LUKoyl”un Sibiz filialında neftçi-mühəndis işləyib. Ələkbərovun varisi bahalı avtomobillərə aludəçiliyi ilə tanınır. Onun avtomobil kolleksiyası nəhəng bir avtopark həcmindədir. Bu kolleksiya nadir avtomobil modelləri ilə zəngindir. Ən bahalı avtomobili – “Mersedes”in qiyməti 14 milyon rubl təşkil edir. 30 yaşlı biznesmen Moskvanın “Spartak” klubununu direktorlar şurasının tərkibinə daxil edilib. Yusif Ələkbərov evlidir, lakin şəxsi həyatını ictimailəşdirmir.     

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Məlahət Rzayeva Yazarın yazıları
menu
menu