Hər gün yüksələn Bitkoin kəskin ucuzlaşdı


Son günlər yüksəliş rekordu qıran Bitkoin, xeyli ucuzlaşaraq 50 min dollarlıq psixoloji səddindən aşağı düşüb.

Ən böyük kriptovalyuta birjası olan “Binance”da saat 18:19-a olan vəziyyətə görə, bitkoin 12,38 faiz ucuzlaşaraq 49,9 min ABŞ dollarınadək geriləyib.

Həmçinin 20-dən artıq birjadakı orta göstəricini əsas götürən “Coin MarketCap”a görə, bitkoin 13,45 faiz ucuzlaşaraq 49,5 min dollardan satılıb. Hərrac əsnasında bitkoin hətta 47,6 min dollaradək ucuzlaşıb.

Xatırladaq ki, bazar günü bitkoin rekord vuraraq 58.352,8 ABŞ dollarına çatmışdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu