Merkelin ən sevdiyi yemək türk dönəridir

Bayden isə əsla dondurmadan vaz keçə bilmir

Türkiyənin "Milliyet" qəzeti tez-tez xarakterik xüsusiyyətləri, qərar vermə modelləri ilə ölkələrinin gələcəyini təyin edən və böhran anlarını necə idarə etdikləri ilə tanınan siyasi liderlərin fərqli xüsusiyyətlərini araşdırmaq qərarına gəlib. Görəsən, siyasi liderlər ən çox hansı qidaları və yeməkləri sevirlər?
Gəlin birinci ABŞ-ın yeni seçilmiş prezident Co Bayden barədə danışaq. Məlumata görə, onun ən sevdiyi şey dondurmadır.  O, ətrafdakıları tərəfindən dondurmaya olan sevgisi ilə tanınır.

Bundan başqa Şimali Koreyanın "sevilən" lideri Kim Jong əslində qida mədəniyyəti mövzusunda çox beynəlxalq bir perspektivə sahibdir. Kim Jongun yediyi ətlər, şirniyyatlar və içkilər xüsusi olaraq müxtəlif ölkələrdən gətirilir.

Lakin buna baxmayaraq onun ən çox sevdiyi yemək suşidir. Almaniyanın kansleri Angela Merkel boş vaxtlarında yemək bişirməyi çox sevir.

Təbii ki, bu onun ən böyük hobbilərindən biridir. Merkelin ən sevdiyi yemək hər kəsə çox yaxşı tanışdır və hətta adını eşitsəniz təəccüblənəcəksiniz. Almaniyanın liderinin sevimli  yeməyi türk dönəridir.

Bu yaxınlarda Kremlin baş aşpazı Anatoli Galkin Rusiya lideri Vladimir Putinin ən sevdiyi yeməyin adını açıqlayıb. Rusiya lideri küftə, qoyun və dana ətindən bişirilən xörəkləri sevir. Bəzən isə menyusunda balıqdan da istifadə edir. Baş aşpazın sözlərinə görə, ümumiyyətlə, Putin yeməklər arasında heç bir fərq qoymur və hər şeyi lazım olduğu qədər yeyir.

 Azərbaycan Prezidenti İlham Əliyev yerli yeməklərin hamısını sevir. Əliyevin də Putin kimi xüsusi olaraq sevdiyi bir yemək yoxdur, amma onun olduqca çox romantik bir izahı var. Əliyev ən sevdiyiniz yemək sualına siyasi-romantik bir cavab verir hər zaman: "Mənim ən sevdiyim yemək həyat yoldaşımın hazırladığı yeməkdir". 

Fransa Prezidenti Makronun ən sevdiyi şey trüf mantarıdır. Çox nadir tapılan və tez istehlak edilməsi tövsiyə olunan trüf mantarı Makron üçün əvəzolunmazdır. İngiltərənin Baş naziri Boris Jonsonun ən sevdiyi yemək yunan mədəniyyətinə aid olan "spetzofai" yeməyidir. Onun türk və yunan mətbəxinə qarşı xüsusi sevgisi var.   

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu