Ukrayna Krım yaxınlığında hərbi təlimlərə başlayır

Ukrayna Silahlı Qüvvələrinin “Birgə Qüvvələr” əməliyyatının (Donbasdakı hərbi əməliyyatlar) komandiri general-leytenant Sergey Naev mart ayında Krımla həmsərhəd bölgədə təlimlər keçiriləcəyini bildirib.
"Sherg.az"ın məlumatına görə, bu barədə Rusiyanın “Rambler. ru” saytı informasiya verib. Məlumata görə, təlimlərin məqsədi hava və dənizdən gələn təhdidlərə cavab vermə qabiliyyətini artırmaq olacaq. “Ukrayna Silahlı Qüvvələrinin “Birgə Qüvvələrinin” cənub istiqamətində mövqe tutan bölmələrinin mart ayı üçün təlimləri planlaşdırılır.

Bölmələrimiz hər şeydən əvvəl havadan və dənizdən yarana biləcək təhlükəyə qarşı vaxtında və adekvat cavab vermə qabiliyyətlərini inkişaf etdirməlidirlər”. 

General-leytenant, həmçinin bildirib ki, paraşütçülər ərazinin müxtəlif yüksəkliklərində və ərazilərində havadan enmiş düşmən əsgərlərinin aşkarlanması və məhv edilməsi üçün tədbirlər hazırlayacaqlar.

Ehtiyat bölmələri bu zaman ərazilərə qarşı döyüş yürüşləri, həmçinin amfibiya hücumunun qarşısını almaqdan ötrü praktik tədbirlər görəcək .
 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu