Amansız qətl: Hamilə qadınını qayalıqdan atdı - FOTO

Türkiyənin Muğla şəhərinin Fethiyyə qəsəbəsində 7 aylıq hamilə həyat yoldaşı Səmra Aysalı siğortadan pul almaq üçün qayalıqlardan aşağı atan Hakan Aysal həbs olunub. Hakan Aysalın Səmra Aysalı həmin əraziyə zorla apardığını düşünən bir turistin olaydan öncə çəkdiyi video aşkarlanıb.  Turistin “ Ya adam qadını qayalıqlardan itələyəcək, ya da qadın adamı”deyərək reaksiya verib. Mobil telefonla hadisəni görüntüləyən şəxsin xanımın qardaşı Naim Yolcuyu televizorda görüb, videonu ona göndərdiyi öyrənilib.
“Sherg.az” Türkiyə mediasına istinadən xəbər verir ki, məşum olay 2018-ci ildə törədilib:

“Tətil üçün İzmirə, ordan da Muğlaya gedən 7 aylıq hamilə S.Aysal və həyat yoldaşı H.Aysal istirahətin son günündə Muğlanın Fethiyə qəsəbəsində, “Kələbəklər vadisi”nə yollanıblar. Burada qayalıqlardan yıxılaraq vəfat edən S.Aysalın ölümünün şübhəli olduğun düşünən ailə olayın araşdırılması üçün məhkəməyə müraciət edib. Fəthiyyə “Cümhuriyyət Savcılığı” tərəfindən aparılan istintaq istiqamətində H.Aysalın ölən həyat yoldaşı S.Aysal adına hissə-hissə 119 min TL kredit götürdüyü və olaydan qısa müddət əvvəl xanımına 400 min TL dəyərində fərdi qəza siğortası düzəltdirdiyi ortaya çıxıb, məhkəmə H.Aysal haqqında həbs qərarı qəbul edib. H.Aysal 11 fevralda yarğılanmağa başlayıb.



Məhkəmədə “Qəsdən öldürmə”, “planlı öldürmə”, və “ hamilə olduğu bilinən qadını öldürmə” cinayətləri ilə ittiham olunan H.Aysal bunları in kar edib. Məhkəmə 6 Aprel 2021-ci il tarixinə qədər təxirə salınıb.

Dünyasını dəyişən S.Aysalın qardaşı N.Yolcu deyib ki, bu olay mediaya çıxdıqdan sonra bir çox insan sosial şəbəkə platformalarından rəylər yazır:
“Hadisə anında orda olanlar var imiş.

Şahidlik üçün bizimlə əlaqə saxlayanlar oldu. Məlumatları da paylaşdılar. Olayı görən başqa şəxslər də  var imiş. Sonra Hakanın ev kirayə götürdüyü və başqa şəxslərlərin mənzilə girdiyi öyəniləndə evdən qovulduğu yazılıb. Bu rəyi yazan şəxslə əlaqə saxlaya bilmədik.  Hadisə ilə bağlı foto ya da videosu olanlar varsa, bizə göndərmələrini xahiş edirik”

N.Yolcu qatil olduğu düşünülən H.Aysalın xanımın ölümündən sonra 1 ay müxtəlif istirahətlərə getdiyi və bu durumdan şübhələndiyini söyləyib. N.Yolcu  onun siğortadan aldığı pulla ən gözəl turistlik yerləri gəzdiyi, otellərdə qaldığını bildirib.:

“2 ildir ki ədalətin bərpa olunmasını gözləyirik”.  

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu