Rusiya Səudiyyə Ərəbistanı ilə hərbi əməkdaşlığa başlayır

Rusiya baş naziri Mixail Mişustin Xarici İşlər Nazirliyinə və Müdafiə Nazirliyinə xüsusi tapşırıq verib.

“Sherg.az”ın məlumatına görə, bu barədə Rusiyanın “Rambler.ru” saytı xəbər tirajlayıb. Tapşırığa əsasən müvafiq nazirliklər hərbi əməkdaşlıq sahəsində Səudiyyə Ərəbistanı ilə danışıqlar aparmalı və hökumətlərarası müqavilə imzalanmalıdır.

 Qeyd edək ki, sənəd bazar ertəsi rəsmi internet informasiya portalında yayımlanıb. Sənəd layihəsində xüsusən razılaşma çərçivəsində Rusiya ilə Səudiyyə Ərəbistanının hərbi sahədə qarşılıqlı maraq doğuran məsələlər barədə məlumat mübadiləsi aparacağı, terrorizm və piratçılığa qarşı mübarizədə əməkdaşlıq edəcəyi və ortaq sahələrdə qarşılıqlı əlaqələrin qurulacağı göstərilib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu