Nadirdən kədərli notlar: “Bizə elə acılar yaşadıldı ki...”

Müğənni Nadir Qafarzadə İnstaqramda paylaşdığı videoda ölüm xəbərlərindən, mövcud vəziyyətdən danışıb.
“Sherg.az” xəbər verir ki, sənətçinin “Allah köməyimiz olsun” qeydi ilə yayımladığı video izləyiclərinin də marağına səbəb olub. Nadir deyib ki bu gün Novruz bayramının ilk çərşənbəsi olsa da, o, xoş əhval-ruhiyədə deyil:

“Ötən il bizə elə acılar yaşadıldı ki, bayram, çərşənbə yada düşmür. Əvvəlcə pandemiya, sonra Vətən müharibəsi, virusdan dünyasını dəyişənlər, şəhidlərimiz oldu.

Demək olar hər gün ölüm xəbəri eşidirik. Bilmirəm, sizi çərşənbə münasibətilə tərbik edimmi? Şəxsən o ab-havada deyiləm. Səbr edək və diləyək ki, hər şey yaxşı olsun. Vəfat edənlərə Allah rəhmət eləsin, şəhidlərimizin məzarı nurla dolsun. Onların valideynlərinə də səbr diləyirəm”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu