Agentlikdən kəskin hava şəraiti ilə əlaqədar XƏBƏRDARLIQ


Gözlənilən kəskin hava şəraiti ilə əlaqədar çovğun olacağı, gecə saatlarında yolların buz bağlayacağı ehtimal edilir. Hava şəraitinin dəyişməsi ilə bağlı sürücülərə xüsusən enişli-yoxuşlu yollarda yarana biləcək qəza və digər xoşagəlməz halların qarşısının alınması üçün diqqətli olmaları tövsiyə edilir.

Bu barədə "Sherg.az"a Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, sürücülər sürət həddinə əməl etməklə yanaşı, meteoroloji amillər nəzərə almalı və digər hərəkət iştirakçılarına qarşı anlayışla davranmalıdırlar:

“Ümumilikdə isə qarlı və şaxtalı hava şəraitinin davam etdiyi günlərdə ictimai nəqliyyatdan istifadəyə üstünlük verilməsini tövsiyə edirik. Sərnişinlərdən avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olmaları, dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməmələri xahiş edilir. Piyadalar yolu qarşı tərəfə keçərkən mütləq qaydada piyada keçidlərindən istifadə etmələrini tövsiyə edirik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu