Dünya bazarlarında təbii qaz ucuzlaşıb


Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti azalıb.

"APA-Economics"in məlumatına görə, apreldə çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 1,01% azalaraq 2,833 ABŞ dolları təşkil edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu