Qarlı hava davamiyyətə necə təsir edib?


Respublika ərazisindəki hava şəraiti ilə bağlı təhsil müəssisələrində şagirdlərin dərslərə davamiyyəti azalıb.

"Sherg.az" xəbər verir ki, məktəblərin əksəriyyəti valideynlərə uşaqlarını dərsə göndərməməyi tövsiyə edib.

Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumatda Bakıda və Abşeron yarımadasında fevralın 23-ü axşamdan 25-i səhərədək hava şəraitinin arabir yağıntılı olacağı, 23-dən 24-nə keçən gecə qara keçəcəyi gözlənilir, 24-də bəzi yerlərdə intensiv olacağı bildirilmişdi.

Eyni zamanda çovğun olacağı, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi, 0-5 dərəcə şaxta olacağı qeyd olunmuşdu.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu