Bakıda səkkiz nəfər yıxılaraq xəsarət alıb - RƏSMİ


Bu gün kəskin hava şəraiti ilə bağlı səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

Bu barədə "Sherg.az"a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından məlumat verilib. 

Bildirilib ki, bu gün saat 10:00-a qədər olan məlumata əsasən, hava şəraiti ilə əlaqədar səkkiz nəfər yıxılaraq müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 

“Yaralılardan birinə yerində yardım göstərilib. Digər yeddi nəfər isə xəstəxanaya yerləşdirilib”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu