“Britaniya ştammı” İranda: 112 nəfər yoluxdu

İranda 112 nəfər koronavirusun “Britaniya ştammı”na yoluxub.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın Koronavirusla mübarizə qərargahının sözçüsü Əlirza  Rəisi deyib. 
O əlavə edib ki, indiyədək koronavirusun “Britaniya ştammı”na yoluxmuş şəxslərdən 8 nəfəri vəfat edib. 
Qeyd edək ki, İranda indiyədək koronavirusdan 59 663 nəfər həyatını itirib, bu virusa yoluxanların sayı isə 1 590 605 nəfərə çatıb.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu