Neftin gündəlik qiyməti 100 dollara da çata bilər

Amma bunun nə şirkətə, nə də neftlə ticarət edən dövlətlərə əhəmiyyəti var


Yayda və ya bu ilin sonunadək neftin qiyməti bir barel üçün 80 dollara çata bilər. Növbəti iki il ərzində isə 100 dollar həddini aşacağı ehtimal edilir.
Bunu SOCAR Ticarət-in direktoru Xəyal Əhmədzadə deyib.
Onun sözlərinə görə, 2020-ci ildə yaranmış artıq neft ehiyatları yayadək tam bitəcək. X.Əhmədzadə bildirib ki, SOCAR böhran dövründə yaranmış 15 milyon barel həcmində neft ehtiyatını satıb.

Bundan başqa, o qeyd edib ki, poladın artmaqda olan qiyməti neft xidmətləri üzrə podratçılara boru tikmək, quyu və digər infrastrukturları yaratmaq daha çətin olacaq. Bu, tələbin əvvəlki səviyyəyə qayıtması təqdirində belə təklifin bərpasını ləngidəcək.

SOCAR nümayəndəsinin fikrincə, OPEK və müttəfiqlər yaxın zamanlarda hasilatın azaldılması üzrə kvotanı azaldacaq və neftin tam gücü ilə nəqlinə qayıdacaqlar. O əlavə edib ki, bu amil də kifayət etməyəcək: "Səudiyyə Ərəbistanında və Texasda hasilatın artacağı təqdirdə belə, 12 ay sonra çatışmazlığın olması ehtimalı var. Bu da öz növbəsində neft qiymətlərinin artmasına gətirib çıxaracaq".



Neft Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şaban isə "Şərq"ə bildirib ki, hazırda günlük qiymətlərin elə də önəmi yoxdur, əsas aylıq, rüblük və illik qiymətlərdir:

"Cari il üçün neftin orta qiyməti hələ ki, 51-53 dollar arasında qiymətləndirilir. 

Lakin neftin qiyməti 100 dollara da çata bilər. Necə ki, bu gün Bakı vaxtı (dünən) ilə saat 4-də neftin qiyməti 66, 69 dollara çatdı. Ancaq indi 64,80 dollar ətrafında ticarət edilir. 

Ümumiyyətlə, bu gün neftin hansısa bir qiymətə satılmasının nə şirkətə, nə də neftlə ticarət edən dövlətlərə əhəmiyyəti var. Əsas neftin aylıq, rüblük və illik qiymətidir. 

Biz hələ yeni ilin ilk iki ayını başa vurmamışıq. Amma ilin ortasında qiymətlərin necə olacağı ilə bağlı dolğun təsəvvürlər yarada bilirik. 2021-ci ildə neftin qiymətləri 50, 55, yoxsa, 60 dollar həddində ili başa vuracaq". 

Ağarza Elçinoğlu

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu