Mesaj verildi - “Dəmir yumruq-2”: “İşartıları görünür”

“Korrupsiya ilə məşğul olanları, vəzifəsindən sui-istifadə hallarına yol verənləri məğlub etməliyik”

“Hər halda islahatlara lazımi səviyyədə dəstək veriləcək, korrupsiya sarsılacaq, vəzifə cinayəti törədənlər kütləvi şəkildə cəzalanacaqlar”


 
“ “Dəmir yumruq-2"-yə hazırlıq gedir! Diqqətli olanlar, yəqin ki, gedişatı oxuya bilirlər: "Dəmir yumruq - 2"yə hazırlıq gedir. Özü də məkan çox ilgincdir”. Bu sözləri Sosial Tədqiqatlar Mərkəzinin mətbuat xidmətinin rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert Əziz Əlibəyli özünün “Facebook” səhifəsində yazıb. İstifadəçilər onun bu fikrini müxtəlif mənalarda yozub və öz ehtimallarını bildiriblər. Kimisi növbəti müharibənin başlanmasına inandığını bildirib, kimisi də yox. Fərqli düşünənlər hərəsi bir arqument gətirib.


 
Ə.Əlibəylinin  bu barədə “Sherg.az”a açıqlaması isə bütün müzakirələrə və mübahisələrə son qoydu: 

“Qarabağda hərbi əməliyyatların bərpa olunacağına inanmıram. Hər halda hazırda vəziyyət bizim xeyrimizədir. Amma biz “Dəmir yumruq-2” əməliyyatı ilə qazandığımız zəfəri daxildə də hiss etdirməliyik.

Bilirsiniz ki, cəmiyyətin narazılığına səbəb olan çox ciddi problemlər var. Həmin məqamlarla bağlı dövlət başçısı səviyyəsində dəfələrlə müvafiq adamlara xəbərdarlıq edilib. STM-in keçirdiyi sorğuların nəticələri də müəyyən neqativ məsələlərin həllinin vacib olduğunu göstərir.

Biz indi daxildə olan düşmənləri, o cümlədən korrupsiya ilə məşğul olanları, vəzifəsindən sui-istifadə hallarına yol verənləri məğlub etməliyik.

Bunun işartıları artıq görünür. Hər halda islahatlara lazımi səviyyədə dəstək veriləcək, korrupsiya sarsılacaq, vəzifə cinayəti törədənlər kütləvi şəkildə cəzalanacaqlar”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu