Neçə nəfər sığınacağa yerləşdirilib? - AÇIQLAMA


“Son üçü gündə beş nəfər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas qruplarından olan insanlar üçün Sığınacaq və Reabilitasiya müəssisəsinə yerləşdirilib”.

Bunu mediaya qurumun İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Murad Həşimov bildirib.
Onun sözlərinə görə, hazırda sığınacaqda 61 şəxs var:
“Doqquzu uşaqdır. 52 nəfər isə 18 yaşında yuxarı olan şəxslər üçün olan şöbədə qalır”.

M.Həşimov qeyd edib ki, bu gün ərzində bir nəfər sığınacağa yerləşdirilib:

“Müraciət olarsa, həmin şəxsləri sığınacağa yerləşdirəcəyik. Əsas odur ki, onlar soyuq havada küçədə qalmasınlar”.

Qeyd edək ki, ölkə ərazisində dünən axşamdan etibarən hava kəskin dəyişib. 

Milli Hidrometeorologiya Xidmətinin son məlumatına əsasən, Naftalan, Gəncə, Şəmkir, Ağdam, Oğuz, Qəbələ, Zaqatala, Şəki, Şamaxı, İsmayıllı, Qrız, Mərəzə, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağsu, Kişçay (Şəki), Sarıbaş (Qax), Nabrana qar yağıb.

Qar örtüyünün hündürlüyü Sarıbaşda (Qax) 47 sm, Şahdağda 27 sm, Lerikdə 16 sm, Qrızda 14 sm, Gədəbəydə 12 sm, Xaltan, Şamaxıda 11 sm, İsmayıllıda 10 sm, Mərəzədə 9 sm, Qusarda 8 sm, Qubada 7 sm, Kişçayda (Şəki) 6 sm, Lənkəran, Altıağac, Şabranda 4 sm, Xınalıq, Oğuz, Qəbələdə 3 sm, Astarada 2 sm, Şəki, Xaçmaz, Yardımlıda 1 sm, Bakıda 20 sm, Sumqayıtda 8 sm, Binədə 6 sm, Maştağada 5 sm olub.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu