Paşinyan Rusiyanı “vurur”: “Bu dəfə də günahı silahlarda görür”

“Bununla da daxildəki anti-rus meyilləri gücləndirmək istəyir”


Ermənistan baş naziri Nikol Paşinyan yerli KİV-ə müsahibəsindəki açıqlamaları ilə müzakirə predmetinə çevrilib.  O, deyib: “Ermənistan Azərbaycanla müharibə zamanı "İsgəndər" raketindən istifadə edib, lakin raket partlamayıb”.
N.Paşinyan sabiq prezident Serj Sarkisyana cavabında bildirib ki, “İsgəndər" raketinin niyə partlamadığı və ya niyə, məsələn, 10 faizinin partladığı barədə sual versin.

Baş nazir həmçinin, S.Sarkisyanın "məxməri inqilab"dan sonra silahların alınması proqramında dəyişikliklər edildiyi barədə sözlərini də təkzib edib.
Məgər, Ermənistanın silahlarının partlamaması müxalifətin günahıdır? Əlbəttə, yox. Paşinyan yenə də biabır oldu. Əslində bu dəfə təkcə özünü yox, həm də Rusiyanı biabır etdi. Çünki o, silahları “ağa”sından alır. Yeganə umacaq yeri Kremldir. 



Hərbi ekspert Ramil Məmmədli baş nazirin bəyanatına dair fikirlərini “Sherg.az”la bölüşüb. Onun fikrincə, Rusiya silahları deyildiyi qədər ideal deyil:

“Moskva öz silahları barədə uzun illərdir ki, təbliğat, reklam aparır. Hərçənd silahlarının 90 faizi keçən əsrin 70-ci illərinin texnologiyasıdır. Çünki o vaxt SSRİ-də hərb elmi inkişaf edirdi. Məsələn, “İsgəndər” raketinin elmi-nəzəri bazası 70-80-ci illərdə hazırlanıb. 90-cı illərdə isə konkret silahın istehsalına başlanılıb. Bu gün Rusiyanın texnologiyası müasir standartlara cavab vermir. Əlbəttə, ola bilsin, hansısa silahlar gizli saxlanılır. Lakin üzdə olanlar onu deməyə əsas verir ki, Rusiyanın silah sənayəsinin mövcud vəziyyəti o qədər də yaxşı deyil”.

R. Məmmədli, həmçinin siyasi məqamlara da toxundu:

“Biz də Rusiyadan silah alırıq. Amma indiyədək heç vaxt hansısa silahın keyfiyyətsiz olduğunu görməmişik. Yəni həmin yararsız raketlərin Ermənistana məqsədli şəkildə satıldığını istisna etmirəm.. İkinci bir tərəfdən isə Paşinyanın anti-rus mövqeyi məlumdur. O, sözügedən açıqlaması ilə Kremli “vurmaq” və daxildəki anti-rus meyilləri gücləndirmək istəyib. Həm də bizim hava hücumundan müdafiə sistemlərimizin gücünü etiraf etməkdənsə, günahı silahlarda görməyi üstün tutub”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu