Nazir: "Ötən il dövlət satınalmalarının həcmi 15 faizədək artıb"

2020-ci ildə Azərbaycanda dövlət satınalmaları əvvəlki ilə nisbətən 14,8% artaraq 6,6 mlrd. manata yaxın olub. 
"APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında yazıb.
Nazir əlavə edib ki, satınalmalarda mikro, kiçik və orta sahibkarlıq subyektlərinin payı 2,3 mlrd. manat təşkil edib.
“KOB-ların dövlət satınalmalarında daha geniş iştirakı təşviq olunacaq”, - deyə nazir qeyd edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu