Putin açıqladı:“Dövlətə qarşı təxribatlar hazırlanır”

“Bizdə koronavirusla mübarizə ilə əlaqədar dövlətə qarşı hazırlanan təxribatlar barədə məlumat var”.  Bunu Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin (FSB) idarə heyətinin iclasını açarkən söyləyib. 
“Sherg.az” TASS-a istinadən xəbər verir ki, Putin dövlətə qarşı qara piarın aparıldığını vurğulayıb."Qlobal problemləri yalnız səyləri birləşdirməklə həll etmək mümkün olduğunu başa düşürük.

Buna baxmayaraq, bir çox cəhdlərin edildiyini bilirsiniz və siyasi rəhbərliyə çatdırdığınız məlumatlar üçün sizə təşəkkür edirəm.

Bu sahədə bəzi təxribatlar olduğuna dair məlumat var" deyən dövlət başçısı Rusiyanın koronavirusla mübarizədə qazandığı uğurları şübhə altına alma cəhdlərindən bəhs edib. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu