Yazara cavab: “Kamil də göz qabağındadır, Kəramət də…”

Bir müddət əvvəl idmançı Kamil Zeynallı yazıçı Kəramət Böyükçölü təhqir edib. Buna yazarın  Feysbukda K.Zeynallı ilə bağlı yazdığı status səbəb olub.Belə ki,  K.Böyükçölün idmançı haqqında qələmə aldığı “Kamil Zeynallı yeganə adamdır ki, yaltaqlandıqca sutkalığın artırırlar” fikrinə qarşı tərəfdən sərt cavab gəlib.
 Bu yaxınlarda isə K.Böyükçöl yenidən statusların birində K.Zeynallıya “ilişib”.

Məsələ ilə bağlı“Sherg.az”a danışan Kamil bəy Kəramətin onunla gündəmə gəlib, populyarlaşmaq istədiyini söyləyib:

“Belə şeylərə baş qoşmuram. Ona fikir verməyim düzgün olmaz. Mənim üçün indi daha vacib olan qazilərimiz, şəhid ailələrimizdir. Mənimlə onu yan-yana qoymağınız düzgün deyil.

Belə adamlara vaxt sərf etmək istəmirəm. Kamil Zeynallı da, o da göz qabağındadır. Dediyinə cavab verib, gündəmə gətirsəm, onun üçün çox olar”. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Samirə Ərəblinski Yazarın yazıları
menu
menu