BMT Baş katibindən 5+1 formatında toplantı 

BMT-nin Baş katibi Antonio Quterreş 2017-ci ildən bəri ilk dəfə olaraq bu il – 27-29 aprel tarixlərində Cenevrədə Kiprlə bağlı 5+1 formatında toplantı keçirməyi planlaşdırır.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrik öz açıqlamasında bildirib.

Onun sözlərinə görə, son bir neçə ayda BMT Baş katibinin xüsusi elçisi Ceyn Holl Lyut tərəfindən aparılan məsləhətləşmələrdən sonra, təşkilatın inzibati rəhbərliyi “Kipr mövzusunda Cenevrədə 5+1 formatında qeyri-rəsmi toplantı keçirmək niyyətindədir”.

ƏTRAFLI
Oreo February 6 sec
“Görüşün məqsədi yaxın gələcəkdə Kipr probleminin uzunmüddətli həllinə nail olmaq üçün tərəflər arasında təmas nöqtələrinin olub-olmadığını müəyyənləşdirməkdir”, - məlumatda belə deyilir.

Kipr məsələsinin tənzimlənməsinə dair ənənəvi görüşlər 5+1 formatında keçirilir. Bu format adanın türk və yunan icmalarının rəhbərlərinin, Kiprin müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyinin qarantı olan güclərin (Böyük Britaniya, Yunanıstan və Türkiyənin xarici işlər nazirləri) və şəxsən BMT Baş katibinin bu cür görüşlərdə iştirakını təmin edir. Sonuncu dəfə Kipr məsələsinin həllinə dair konfrans beştərəfli formatda 2017-ci ildə İsveçrənin Kran-Montana kurort zonasında təşkil olunmuşdu. Ancaq həmin konfrans nəticəsiz qalmış və o vaxtdan bəri Kipr problemi ilə bağlı icmalararası danışıqlar davam etdirilməmişdi.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu