"Brent" neftinin qiyməti 66 dolları keçib

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2021-ci ilin may müqaviləsinin dəyəri 0,09% artaraq 1 barelə görə 66,24 dollar təşkil edib.

"APA-Economics"in məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında apreldə ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,05% artaraq 63,25 dollar təşkil edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu