Təhlükəli demişdilər, pula çevirəcəklər

Zəhərli balıqdan çanta, qayış və ayaqqabı hazırlanacaq

Antaliyada iki təşəbbüskar "Alanya Balon Balıq Tədqiqat və İnkişaf Layihəsi" (ABAP) ilə balon (kəllə) balığını dəri sənayesində istifadə etməyə hazırlaşır.
“Şərq” Türkiyə mətbuatına istinadən xəbər verir ki, sahibkar Taner Okan Acar və Mehmet Özata bu zəhərli balığın dərisindən çanta, qayış və ayaqqabı sektorunda istifadə etmək niyyətindədirlər.

Bu məqsədlə də onlar bunun reallaşmasına imkan verəcək “ABAP” layihəsini hazırlayıblar. Onlar Aralıq dənizi Balıqçılıq Tədqiqat, İstehsalat və Təhsil İnstitutundan qanuni icazə aldıqdan sonra əldə etdikləri balığın dərisini bitki üsulu ilə qurudacaqlar. Onlar hətta balıqların dərisindən hazırlanmış ayaqqabılara, çantalara və kəmərlərə türk patent və ticarət markasının vurulması üçün də aidiyyəti qurumlara müraciət ediblər. Sahibkarlardan Acar Anadolu Agentliyinə verdiyi açıqlamasında, tutduqları bu növ balıqların dərisinin elastik bir xüsusiyyətə sahib olduğunu bildirib. Onlar onun dərisinin elastik olduğunu anladıqdan sonra belə bir qənaətə gəldiklərini vurğulayıb. O qeyd edib ki, artıq Mehmet Özata ilə birlikdə balığın dərisini dəri sənayesində istifadə ediləcək hala gətiriblər. Qeyd edib ki, amma normalda onların dərisindən istifadə etmək mümkün deyil. Çünki deformasiyaya uğrayırlar. Mehmet Özata zəhərli balığın dəri toxumasının sağlam olduğunu bildirib. O qeyd edib ki, balığın dəri naxışı barmaq izləri kimi fərqlidir və ekzotik dəri sinfinə daxildir. Onların iddiasına görə, ilk sınaqlarında balıqların dərisindən ayaqqabı istehsal edəcəklər.

Aynurə

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aynurə Pənahqızı Yazarın yazıları
menu
menu