Ana oldu, körpəsini qucağına almadan öldü 

6 aylıq gənc hamilə qadın koronavirus səbəbindən dünyasını dəyişib.
“Şərq” Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə Amasiyada yaşanıb. 25 yaşlı Duygu Abacı Arslan körpəsinə 6 aylıq hamilə olarkən xəstələnib. Xəstəxanada aparılan müayinə və analizlərdən sonra onun "COVİD-19" testi müsbət olub.

Gənc qadının vəziyyəti getdikcə ağırlaşdığından həkimlər onun dərhal əməliyyat olunmasına qərar veriblər. Əməliyyat zamanı qadının bir oğlu dünyaya gəlib. Çox təəssüf ki, bütün müdaxilələrə baxmayaraq ilk dəfə ana olan Arslan uşağını qucağına almadan Çorumdakı xəstəxanada dünyasını dəyişib. O, Amasiyada qəbiristanlıqda dəfn olunub. Ondan sadəcə əri ilə çəkdiyi foto və videolar, həmçinin, Xına gecəsində oynadığı videogörüntülər qalıb. Ölümü böyük kədərə səbəb olan gənc qadının dostları sosial şəbəkələrdə onun barəsində "Bu zamansız gediş heç olmadı, gözəlim. Məkanın cənnət olsun. Nurlar içində yat” yazısı ilə paylaşım ediblər.

Qeyd edək ki, yeni doğulan körpəyə Yamaç adı verilib. Həkimlər onun vəziyyətinin normal olduğunu bildiriblər.




Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu