Qəfil jurnalistikadan ayrılmışdı

Səbəbi indi məlum olur

Məşhur teleaparıcının efirdən getmə səbəbi bəlli olub.

“Şərq” xarici mətbuata istinadən xəbər verir ki, İtaliyanın ən məşhur televiziya diktorlarından biri olan Eleonora Boi bir müddət bundan öncə qəfildən peşəsindən ayrılıb.

Ayrılma səbəbi gizli saxlanılsa da, nəhayət ki, aparıcı bunun səbəbini açıqlayıb. Məlum olub ki, Denverdə yaşayan idman jurnalisti Eleonora Boi bu yaxınlarda ana olub. O, övladı böyüdükdən sonra ekranlara qayıdacağını da söyləib.

Qeyd edək ki, Eleonora Boi NBA komandası Atlanta Hawks-da oynayan İtalyan basketbol ulduzu Danilo Gallinarinin sevgilisidir. Hazırda Boinin “İnstagram”da 767 min izləyicisi var.



Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu