Nə maska var, nə sosial məsafə...

Antalyada hava yayın ən qızmar günlərini xatırladır

Qışın sərt üzünü yaşadığımız bu günlərdə Türkiyənin Antalya şəhərində havanın temperaturu 27 dərəcəyə qədər yüksəlib. 
Turizm şəhəri olan Antalyada hazırda müşahidə olunan hava yayın ən qızmar günlərini xatırladır.

İsti hava səbəbilə şəhərin dünyaca məşhur Konyaaltı sahilində insan izdihamı yaşanıb. Havanın isti olmasını fürsət bilənlərin bəziləri isti qumların üstündə günəşin dadını çıxararkən, digərləri istiliyi 17 dərəcə olan dənizdə üzməyi seçib. 

İsti havaya və istirahətə başı qarışanlar mövcud vəziyyəti unudublar. Sahilə gələn insanların əksəriyyəti dünyada tüğyan edən pandemiyanın tələblərinə əməl etməyib. Onların maska taxmadan və sosial məsafə olmadan istirahət etdikləri də gözdən qaçmayıb. 

Aytac Ali

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu