İnsan üzlü köpəkbalığı - Görənləri şoka saldı

İndoneziyada Abdullah Nuren adlı bir balıqçı, insan simasında körpə köpəkbalığı şəkillərini paylaşıb. "Sherg.az" "Daily Mail"ə istinadən bildirir ki, hadisə  İndoneziyanın "Rote Ndao" adasında baş verib. Ov edərkən insan üzlü bir körpə köpəkbalığı ilə qarşılaşan balıqçı Abdullah Nuren mutasiyaya uğramış körpə balığın hələ doğulmadığını və anasının qarnından çıxdığını deyib.

Belə ki, köpək balığı üç balaya hamilə olub. Nuren əvvəlcə bu balalardan birinin fərqli  xüsusiyyətə sahib olduğunu bilməyib. Mutasiyaya uğrayan balanın burnunun altında iki böyük göz görəndə şok olduğunu vurğulayıb.



Hadisə barədə danışan Nuren torunda əvvəlcə bir ana köpəkbalığı tutduğunu diqqətə çatdırıb:

"Ertəsi gün ana köpəkbalığının mədəsindən üç bala çıxdı. İkisi də anaları kimi adi köpəkbalığı idi, ancaq bu bala insan üzünə bənzəyirdi. Sonra balıqların mutasiya olunduğunu anladım. İnanıram ki, bu balıq mənə şans gətirəcək".

Olayı video ilə paylaşan Nurenin körpə köpək balığını bir karton qutuya yerləşdirərək lentə aldığı görünür.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu