Lavrov Ayvazyanla Ermənistanı müzakirə edib

Rusiya və Ermənistan xarici işlər nazirləri Sergey Lavrov və Ara Ayvazyan arasında telefon danışığı olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nazirlər Ermənistandakı vəziyyəti müzakirə ediblər.
Lavrov ölkəsinin Ermənistandakı vəziyyətin dinc müstəvidə həll olunacağına ümid etdiyini söyləyib.
“Rusiya Ermənistandakı vəziyyətə bu ölkənin daxili işi kimi baxır”, - deyə o bildirib.
Qeyd edək ki, Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı fevralın 25-də Baş nazir N. Paşinyanın istefasını tələb edən bəyanatla çıxış edib.
N. Paşinyan Baş Qərargahın bəyanatını hərbi çevrilişə cəhd adlandırıb. O, Baş Qərargah rəisi Onik Qasparyanı vəzifəsindən azad etdiyini açıqlayıb. 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu