Moskva göz yaşlarına inanmır: “Paşinyana zərbə endiriləcək” 

Ermənistanda vəziyyət günü-gündən qarışır.  Artıq bir neçə gündür ki, aksiyalar səngimir. Baş nazir Nikol Paşinyan hər açılan səhərə ümidlə başlasa da, deyəsən, Günəş onun üçün çoxdan batıb. Bu gün hərbçilərin etirazlara başlaması isə son həddir. Görünür, hakimiyyətə çevriliş yolu ilə gələn Paşinyan elə də devriləcək. 

Məlumat üçün bildirək ki, İrəvanın mərkəzində opera binasının yaxınlığında hakimiyyət tərəfdarları ilə müxalifətçilər arasında toqquşmalar baş verib. Bu barədə “Sputnik Ermənistan” xəbər verib. Qeyd olunur ki, müxalif “Vətənin xilası hərəkatı”nın tərəfdarları Azadlıq meydanına toplaşıblar.

Bu zaman oradan Baş nazir Nikol Paşinyana dəstək yürüşü edən vətəndaşlar keçib və iki qrup arasında qarşıdurma yaşanıb.



Türkiyənin dəniz qoşunlarının hazırda təqaüddə olan admiralı, Bahçeşehir Universitetinin Dənizçilik və Qlobal Strategiyalar Mərkəzinin sədri, beynəlxalq münasibətlər üzrə ekspert Cihat Yaycı Ermənistandakı xaotik vəziyyətin nə ilə nəticələnəcəyi barədə fikirlərini “Sherg.az”la bölüşdü:

“Rusiya Paşinyanın Qərbin adamı olduğunu bilir və onu bağışlamaz. Düzdür, baş nazir son vaxtlar balanslaşdırılmış siyasət yeritməyə, Rusiya ilə münasibətləri qorumağa çalışır. Lakin Putin ondan daha çox Ermənistan prezidenti Armen Sarkisyanla ünsiyyət saxlayır.

Paşinyan bundan sonra nə edirsə etsin, Moskva onun səhvini unutmayacaq və fürsət düşən kimi “nokaut” zərbəsi endiriləcək. Rusiya siyasətindən xəbərdar olanlar bunu yaxşı bilirlər”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu