Simpsonların Bayden və Harrislə bağlı animasiyası düz çıxdı - Fotolar

“Onların  andiçmə mərasimindəki geyimlərini 20 il əvvəldən biliblər”


Gələcəkdən xəbər verən cizgi filmi – “Simpsonlar”. Bu ad yəqin ki, əksəriyyətinizə tanışdır. Bəziləri bu animasiyalı filmi gələcəkdən xəbər verən subliminal mesaj kimi qəbul edir. Deyəsən, Simpson ailəsi bizim bilmədiklərimizi  doğrudan da, əvvəlcədən təxmin edir...  Gələcəyi xəyalən canlandıran simpsonlarla bağlı araşdırma aparmaq maraqlı idi. 

Belə ki, ABŞ-ın əfsanəvi serialı Simpsonlar (“The Simpsons”) dünyada baş verən bəzi hadisələri əvvəlcədən proqnozlaşdırması onu pərəstişkarlarının gözündə daha da özəlləşdirir.  Daha öncə koronavirus,  “Facetime”, ağıllı saat, ABŞ-ın eks- prezidenti Donald Trampın rəhbər seçiləcəyini bilən, hətta  1 ay öncə baş verən  ABŞ Konqres Binasına basqınını bilən serial bu dəfə  Amerikanın yeni prezidenti Co Bayden və prezident köməkçisi Kamala Harris`in andiçmə mərasimində geyimlərini 20 il əvvəldən bilməsi iddiasıyla gündəmə düşüb. 

Andiçmə mərasimini izləyən “twitter” istifadəçiləri, mərasim sırasında Harrisin geyindiyi paltar ilə Lisa Simpson tərəfindən “The Simpson”nun “Bart of the Future” bölümündə geyilən paltar arasındakı bənzərliyi anında fərqinə varıblar.

Amerikalı cizgi filmi Simpsons`un 11-ci sezonun 17-ci bölümü olan “Bart of the Future”, 19 mart 2000-ci ildə ABŞ-da Fox şəbəkəsində yayımlanan Lisa Simpsonu ABŞ-ın başçısı olaraq canlandırır. Bu bölümdə Lisa boynuna ağ inci olan bənövşəyi kostyum geyinir. Diqqət etsək görərik ki, Harris də bənzər bir kombin geyinib.

Sosial şəbəkələrdə Tramp tərəfdarlarının Vaşinqtondakı Konqresə basqın edilən hadisə zamanı başında dəbilqə olan çılpaq nümayişçi ilə Simpsonlardakı “qubernator” yazısı ilə dəbilqə taxan kişinin görüntüsü yan-yana qoyulub. 

Bir müddət öncə  deyirdilər ki, COVİD-19-un dünyada yayılmasını Simpsonlar əvvəlcədən bilib. Cizgi filmin 1993-cü ildə yayımlanan bir bölümündə Yaponiyada yayılan “Osaka Flu” adlı virusdan söz açılır.

Yaponiyada meyvə şirəsi işçiləri  qablaşdırma edərkən, onlardan biri “xahiş edirəm, müdirə qrip olduğumu  demə” deyir və sonra qutunun içərisinə öskürür. Beləliklə, virus qutu ilə birlikdə ABŞ-a aparılır. Ölkədə kifayət qədər insan xəstələnir.Hə, maraqlı təsadüfdür.

Lakin hər şeyə rəğmən cizgi filminə əyləncə kimi baxmaq toplumun düşüncə tərzi üçün daha sağlıqlıdır.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Aygün Tahirqızı Yazarın yazıları
menu
menu