“...Əlimizdən gələni etməliyik”- Xocalı faciəsini unutdurmayaq!

Əlbəttə, tarixi dəyişmək və onun yaddaşından nəyisə silmək mümkün deyil. Talayin hökmü ilə nə vaxtsa baş verənlər illər boyunca xatırlanır, nəsildən-nəslə ötürülür. Eyni ilə otuz il əvvəlki Xocalı faciəsi kimi. Bəxti qara məlum tarixdə, yəni fevralın 25-dən 26-a keçən rus və ermənilərdən ibarət 366-cı motoatacı alayın iştirakı ilə Xocalı şəhəri işğal edildi. Həmin gün azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirildi. Nə qadına aman verdilər, nə uşağa, nə də yaşlıya. Hamısını “qılıncdan keçirdilər”.

Biz bu gün, hətta tarixi ədalətin siyasi cəhətdən bərpa olunduğu bir vaxtda da Xocalı soyqırımını daim xatırlamalı və baş verənləri gələcək nəsillərə də çatdırmalıyıq. Bunun üçün dünyanın müxtəlif ölkələrindəki soydaşlarımız çox fəal çalışırlar. Belələrindən biri də Rusiyanın Orenburq vilayətindəki Azərbaycan icmasının rəhbəri İlkin Kərimovdur. 

O, Xocalı faciəsinin növbəti ildönümü ilə bağlı “Sherg.az”a danışdı: 

“Biz hər il tədbir keçirik. Həmin tədbirlərdə soyqırımla bağlı çəkilən müxtəlif filmlər nümayiş etdirilir, fikir mübadiləsi aparılır. Hətta molla da çağırırıq. Əlbəttə, bu, bizim vətəndaşlıq borcumuzdur. Hər birimiz əlimizdən gələni etməliyik. Əks halda nə Xocalı qurbanlarının ruhları bizi bağışlayar, nə də yetişməkdə olan nəsil”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu