XİN sözçüsü bir qrup əcnəbi jurnalistlə görüşüb

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva ölkədə səfərdə olan əcnəbi jurnalistlərlə görüşüb.

"Sherg.az"ın xəbərinə görə, bu barədə XİN sözçüsü “Twitter”də bildirib.

“Azərbaycanda səfərdə olan bir qrup əcnəbi jurnalistlə görüşmək və onlara mövcud regional vəziyyət barədə məlumat verməkdən məmnun oldum. Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində Ermənistanın insanlığa qarşı cinayətinin cəzasız qalmasına xüsusi diqqət ayırdıq”, - XİN sözçüsü qeyd edib.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu