Niderlandda "Xocalıya ədalət!" yazılmış poçt markaları buraxılıb

Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının təşəbbüsü ilə Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində beynəlxalq poçt markaları çap edilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya bildirilib ki, markalarda Xocalı soyqırımının baş verdiyi tarix və "#justiceforkhojaly" ("Xocalıya ədalət!") yazısı  əks olunub.
Diaspor təşkilatları bu il Niderlandın rəsmi orqanlarına və beynəlxalq təşkilatlara ünvanlanacaq bəyanatları üzərində "#justiceforkhojaly" yazılmış poçt markalarının yapışdırıldığı konvertlərdə göndərəcəklər.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu