Ruslar yenə Türkiyəni seçdi

İtaliya, İspaniya, hətta Misir də arxada qaldı

“Yandeks.Səyahət” səyahətlərin planlanması xidməti Rusiya turistlərinin ən çox səyahət etmək istədikləri ölkələrin ilk beşliyini açıqlayıb. Rusların Türkiyə sevgisi İtaliya, İspaniya, hətta Misiri də arxada qoyub.

Rus turistlərin 60 faizi məhz Türkiyəyə səfər etmək istədiklərini bildiriblər. Sözügedən xidmət səyahət arzusunda olanlar arasında sorğu keçirib və sorğunun nəticələrinə görə, rus turistlərin daha çox üstünlük verdiyi 5 istiqamət müəyyənləşib.

Beşlikdə ilk yeri isə Türkiyə tutub.  Rusiyalı turistlərin 45 faizi pandemiya ilə bağlı vəziyyət yumşalarsa, səyahətə çıxmaq barədə düşündüklərini, 9 faiz isə pandemiyanı artıq vecinə almadan, nəyin bahasına olursa-olsun  bu yay səyahətə çıxmaqda qərarlı olduqlarını bildiriblər.

Səyahət xidməti  sorğunun nəticələrini rusiyalıların  səyahətə çıxmaq istəklərinin kütləvi etirafı hesab edir.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu