NATO - dan Ermənistandakı vəziyyətlə bağlı çağırış

NATO Ermənistanda siyasi tərəfləri ölkədəki vəziyyətin gərginləşməsinə səbəb ola biləcək hərəkətlərdən çəkindirməyə çağırıb. 

APA xəbər verir ki, bu barədə alyansın sözçüsü Oana Lunqesku “twitter” hesabında yazıb.

O, qeyd edib ki, Ermənistanda baş verən hadisələri yaxından izləyirlər: “Gərginləşməyə səbəb ola biləcək hərəkətlərdən çəkinmək vacibdir. Siyasi fikir ayrılıqları sülh yolu ilə, demokratik yolla həll edilməlidir” 

 

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu