Əfqanıstan Səfirliyi: “Azərbaycan xalqı ilə bir yerdəyik”

Əfqanıstanın Azərbaycandakı Səfirliyi Xocalı soyqırımı ilə bağlı paylaşım edib.
"Sherg.az" xəbər verir ki, paylaşımda bildirilib: “Xocalı soyqırımının 29-cu ildönümünü qeyd etdiyimiz bu gün Azərbaycan xalqının kədərini bölüşürük. Əfqanıstan xalqı tarixi boyunca oxşar hadisələri çox yaşayıb. Qadınlar, uşaqlar, yaşlılar da daxil olmaqla xeyli sayda mülki insanı həlak olub. Əfqanıstan parlamenti 26 fevral 1992-ci ildə baş verən hadisəni Soyqırımı olaraq tanıyıb. Bu gün də qardaşlarımız olan Azərbaycan xalqı ilə tarix boyu olduğu kimi bir yerdəyik. Allahdan onların ruhuna rəhmət diləyirik”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
menu
menu