“Xocalı faciəsi bəşəriyyət qarşı cinayətdir” – Dünyaya çatdıraq 

Bu gün Xocalı faciəsinin növbəti ildönümüdür. Düz 29 il əvvəl yerli sakinlərə divan tutulub, soydaşlarımıza qarşı vəhşiliklər törədilib. Şagirdlərimiz həmin həqiqətləri indi tarix dərsliklərindən oxuyurlar. Əlbəttə, belə də olmalıdır. Çünki keçmişinə güllə atanı gələcək topa tutar. Biz keçmişimizi unutmamalı, tariximizə sahib çıxmalı və nəticə çıxarmalıyıq. Əks halda tarix bizi hələ çox sınağa çəkər...


 Sevindirici haldır ki, dünyanın ayrı-ayrı ölkələrində yaşayan soydaşlarımız tarixi həqiqətlərimizin unudulmaması üçün əllərindən gələni edirlər.

 Rusiyanın Kursk vilayətindəki Azərbaycan icmasının rəhbəri Qasım Kərimov “Sherg.az”a açıqlamasında soyqırımın bu dəfəki ildönümünü fərqli aurada keçirdiyimizi bildirdi: 

“Biz Xocalı faciəsini nəinki unutdurmamalı, onu həm də beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Çünki bu hadisə bəşəriyyətə qarşı cinayətdir. Biz bu il Xocalı soyqırımını bir az başqa ab-havada- qələbə sevincinin müşayiəti ilə qeyd etdik.

Bu isə Prezident, Ali Baş Komandanın müdrik siyasəti nəticəsində mümkün olub.

Hətta mən deyərdim ki, dövlət başçısı fövqəlgüc göstərdi. Azərbaycan həqiqətlərinin yayılmasında az da olsa mənim də xidmətim olduğuna görə fərəhliyəm.

Biz Rusiya Prezidentinə, bütün güc strukturlarına müvafiq qaydada müraciət etdik. İşimiz budur. Nə qədər ki, canımızda can var vətənimizin rifahı, taleyi uğrunda mübarizə aparacağıq”.

Paylaş

Bütün xəbərlər Facebook Telegram kanalında
Kənan Novruzov Yazarın yazıları
menu
menu